Tay 3: Əndəlüs 6+

Ölkə

Türkiyə

Dil

Türkçə

İl

2025

Janr

Cizgi filmi

Müddət

80 dəqiqə

Rejissor

Nurullah Yenihan

Rollarda

Cədvəl

17.04.25 - 07.05.25

TREYLER
TARİX SEANS FORMAT BİLET

Yağışlı bir gecədə, gənc və enerjili tay Riyah, ildırımların valehedici işıqları altında sevinclə oynayarkən, bir ildırımın düşməsi ilə gözlənilməz bir macəraya sürüklənir. Riyah və dostları – Katır və Səhra Siçanı – ildırımın yıxdığı alma ağacının yaratdığı sirli bir çuxura düşürlər və fərqində olmadan zaman səyahəti edərək 940-cı ilin Əndəlüsünə çatırlar. Bu yeni dünyada onların yolu ağıllı və bacarıqlı bir qız olan Lübna ilə kəsişir. Lübna, riyaziyyatda yüksək bacarığa sahib olan bir şagirddir və saraya getmək haqqını qazanmışdır. Lakin paxıl sinif yoldaşı Dürre, Lübna’nın sənədini oğurlayaraq onun yerinə keçir. Həqiqi saray riyaziyyatçısı olmağa layiq olan Lübna, həm haqqını geri almaq, həm də bu naməlum dünyada dostları ilə birlikdə sağ qalmaq üçün mübarizəyə başlayır. Riyah və dostları, Lübna’nın gerçək kimliyini sübut etməsinə yardım edərkən qarşılarına “Qara Quldur” adlı təhlükəli bir adam çıxır. Qara Quldur, Lübna’nı oğurlayaraq onu pula satmağı planlaşdırır. Bu vaxt Riyah və komandası saraya çatmaq üçün səyyar kukla teatrı qrupuna qoşularaq ağıllı bir plan qururlar. Bir sıra əyləncəli və həyəcanlı hadisələrdən sonra Lübna sarayda gerçək kimliyini açıqlamağı bacarır. Dürre, səhvini qəbul edib üzr istəyir və bağışlanır. Riyah və dostları isə zamanın necə əyildiyini anlamağa çalışaraq, öz dünyalarına qayıtmağın yolunu axtarmağa başlayırlar. Tay Əndəlüs, dostluq, sədaqət və bağışlamağın gücünü izah edən, yumor və macəra dolu bir animasiya hekayəsidir.

DİGƏR FİLMLƏR
  • 18+
  • Rus Türk
  • Qorxu
  • 2025
  • ABŞ
  • 15.05.25 - 04.06.25
Təyinat nöqtəsi: Qan bağları
  • 16+
  • Rus Türk
  • Triller
  • 2025
  • ABŞ
  • 22.05.25 - 11.06.25
Qeyri-mümkün missiya: Final hesab