7. Koğuştaki Mucize

Hərbi çevrilişdən sonra, rejimin ölkəyə nəzarət etdiyi günlərdə, Egey sahilindəki qəsəbələrin birində, canından çox sevdiyi qızı və nənəsi ilə yaşayan Memo, əqli çalışmazlığı olan, ancaq kiçik dünyasında xoşbəxt yaşayan bir çobandır. 1983-cu ilin bir günündə, rejim komandirinin qızının ölümü boynuna qoyulan və sakit həyatı bir anda alt-üst olan Memo, edam cəzasına məhkum edilir. Və belədə “Yeddinci kamera”ya gəlir. Burada həyatda qalması real görünmür. Ancaq əvvəl onu nifrətlə qarşılayan kamera əhli, onun gözəl qəlbini görür. Yavaş-yavaş Memonun cinayət törədəcək adam olmadığına inanmağa başlayırlar. Memomu tanımağa başlayan hər kəs, onun həyatını qurtarmaq üçün səfərbər olur. Hamı ədalət arxasınca qaçarkən, Memo və qızı Ovanın yeganə arzusu bir-birilərinə qovuşmaqdır. Memo günahsızdır. Və indi öz əvvəlki həyatına qayıtmaq üçün bir möcüzəyə ehtiyacı var.  

15:15 _ 21:00

Yaş: 12+
Seans: 17 Oktyabr
Ölkə: Türkiyə
Dil: Türk dili
İl: 2019
Janr: Dram
Rejissor: Mehmet Ada Öztekin
Rollarda: Aras Bulut İynemli, Deniz Baysal, İlker Aksum, Mesut Akusta, Nisa Sofiya Aksongur

Sosial şəbəkələrdə paylaş:



Rəylərini bizimlə bölüş: