Fəlakət

Fəlakətin birinci filmi, tamaşaçıya Fəlakətin birinci addımlarından bugünə kimi həyatını əks etdirir. Bu filmdə siz Fəlakətin evini, sevgilisini, qonşularını və sevimli "balalarını" tanıyacaqsınız. Fəlakətin məhəlləsinin üzərini qara buludlar alıb. Onun uşaqlıqdan böyüyüb, boya başa çatdığı evi sökmək istəyirlər. Məsələ isə burasındadır ki, bu prossesə Fəlakətin qonşuları narazıdı, amma Fəlakətin özünün heç vecinə də deyil... Qonşular və tikinti şirkəti ilə olan gülməli qarşıdurmanın şahidi olmaq üçün, onun aləminə səyahət etmək gərəkdir.

Yaş: 12+
Seans: 22 noyabr
Ölkə: Azərbaycan
Dil: Azərbaycan dili
İl: 2018
Janr: Komediya
Rejissor: Emil Quliyev
Rollarda: Elşən Orucov,Azər Aydəmir,Ləman Mərih,Orxan Ata,Taleh Yüzbəyov və başqaları

Sosial şəbəkələrdə paylaş:



Rəylərini bizimlə bölüş: